BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

ŞAHDAĞ XALQLARI

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca onuncu olan filmdə Şahdağ xalqları, onların həyat tərzi, adət-ənənələri, mədəniyyəti barədə geniş məlumat verilir. Xatırladaq ki, layihə əsasında hazırlanmış ilk sənədli film əsrlər boyu Azərbaycanda yaşamış yəhudilərə, ikinci film "Qafqaz Albaniyasının varisləri - udilər"ə, üçüncü film - "Biz birlikdə güclüyük" Vətən Müharibəsində nümayiş olunan birliyə, dördüncü film - Azərbaycanda yaşayan malakanlara, beşinci film Azərbaycanda yaşayan ingiloylara, altınci film Azərbaycanda yaşayan talışlara, yeddinci film Azərbaycanda yaşayan axıska türkləri, səkkizinci film Azərbaycanda yaşayan avarlar, doqquzuncu film isə Azərbaycanda yaşayan saxurlara həsr edilmişdi.

скачать dle 10.4 UTF-8Forex для начинающих