BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bakıda keçiriləcək Avropa film festivalının tarixi açıqlanıb

Bakıda keçiriləcək Avropa film festivalının tarixi açıqlanıb

Bakıda keçiriləcək Avropa film festivalının tarixi açıqlanıb
Bakıda ənənəvi olaraq keçirilən Avropa film festivalı bu il noyabrın 3-də start götürəcək və 10 gün davam edəcək.

AZƏRTAC xəbər verir ki, “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri xanım Auşra Raişite-Daukantien sayca 7-ci festivala hazırlıq işlərini müzakirə ediblər.

Qeyd olunub ki, festival haqda informasiya “Park Cinema”nın bütün meydançalarında monitorlarda nümayiş olunacaq.

Noyabrın 3-dən 12-dək baş tutacaq festival iştirakçı ölkələrin və tamaşaçıların, eləcə də festivalda təmsil olunacaq filmlərin sayı baxımından daha irimiqyaslı hadisə olacaq. Tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında filmlərlə yanaşı, animasiya və sənədli işlər də təqdim olunacaq.

Sayca yeddinci dəfə keçiriləcək Avropa film festivalında Azərbaycan, Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, Finlandiya, Böyük Britaniya, Xorvatiya, Rumıniya, İtaliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan və İsveçdə istehsal olunmuş filmlər nümayiş olunacaq.скачать dle 10.4 UTF-8Forex для начинающих