BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » XAÇMAZ DÖYÜŞÇÜLƏRİ NÖVBƏTİ YARIŞDAN UĞURLA QAYIDIB

XAÇMAZ DÖYÜŞÇÜLƏRİ NÖVBƏTİ YARIŞDAN UĞURLA QAYIDIB

 

16 mart 2016 

Hövsan Olimpiya İdman Kompleksində universal döyüş üzrə Avrasiya Çempionatı keçirilib. Yarışda MMA, Qreplinq, Budo və Juboksinq-jutsu idman növü ilə məşğul olan döyüşçülər bir araya gəlib. Çempionatda Xaçmazdan olan idmançılar da qüvvəsini sınayıb.

Ümumilikdə 200-dən çox döyüşçünün mübarizə apardığı çempionatda Şimal təmsilçiləri 16 idmançı ilə iştirak edib. Onlardan Kərəm Veyisov və Nizam Məmmədrəhimov peşəkarlar arasında kəmər döyüşündə qalib gəliblər.

Ümumilikdə komanda yarışdan 4 qızıl eyni sayda gümüş və bürünc medal qazanaraq komanda hesabında birinci olmağı bacarıb.

Yarışın qalibləri diplom, medal və kubokla təltif olunub. Hazırda Xaçmaz olimpiya idman kompleksinda məşqlərini davam etdirən idmançılar aprel ayında kikboksinq üzrə keçiriləcək Azərbaycan çempionatına hazırlaşır.

скачать dle 10.4 UTF-8Forex для начинающих