Şimal bölgəsinə güclü qar yağıbŞimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıb. Qarın hündürlüyü Qubanın Qırız və Xınalıq kəndlərində 15 sm, Rükdə 8 sm, Quba şəhərində isə 1 sm-ə çatıb. Qusar rayonunun Ləzə kəndinə 25 sm qalınlığında qar düşüb. Qubanın Qırız kəndində mənfi 12, Xınalıqda isə mənfi 10 dərəcə temperatur qeydə alınıb. Quba 6 saylı Yol İstismar Sahəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, yollarda hər hansı problem yoxdur. Bütün istiqamətlərdə yollar avtomobillərin hərəkəti üçün açıqdır. “Report”un xəbərinə görə isə güclü qarın yağması nəticəsində 2015-ci ilin son günündə Quba-Xınalıq avtomobil yolu bağlanıb, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Qar kütləsinin aradan qaldırılması məqsədi ilə tikinti texnikası işə cəlb olunub, avtomobil yolunun 53-57-ci kilometrləri qardan təmizlənməkdədir. apa.az/haqqin.az |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |