BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti bərpa edildi

Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti bərpa edildi

Quba-Xınalıq yolunda nəqliyyatın hərəkəti bərpa edildi

Xəbər verdiyimiz kimi, bu gün Qubada havanın temperaturunun digər günlərə nisbətən qəfil yüksəlməsi Xınalıq yolunda problem yaradıb. Belə ki, dağın ətəklərinə bir neçə gün bundan öncə yağan güclü qar nəticəsində toplanmış yağıntı kütləsi əriyərək yola doğru hərəkət edib.

Nəticədə qar uçqunu yolun bağlanmasına səbəb olub.

Hadisə Quba-Xınalıq yolunun 36-38-ci kilometrlik hissələrində baş verib.

Ümumilikdə sözügedən ərazilərdə 6 yerdə qar uçqunu qeydə alınıb. Yolda hərəkətin bərpası üçün dərhal əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikaları cəlb edilib.

Virtualaz.org “Azəryolservis” ASC-yə istinadən bildirir ki, texnikaların çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq, qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti tam bərpa edilib.

“Azəryolservis” ASC sürücülərdən xahiş edir ki, Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyatlı davransınlar və yola çıxarkən idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olsunlar.

скачать dle 10.4 UTF-8Forex для начинающих