BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başlayıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başlayıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başlayıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildə filialı açılıb. Mərkəzdən APA-ya verilən məlumata görə, bununla bağlı BBMM-in icraçı direktoru Azad Məmmədovla İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-nin mənafelərini təmsil və müdafiə edən İsrail filialının fəaliyyətini təmin etmək məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BBMM-in İsrail filialı Arye Qutun rəhbərliyi ilə Azərbaycanın və İsrailin milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil edəcək.

Xatırladaq ki, hazırda BBMM-in Almaniya, Portuqaliya, İtaliya, Rusiya və Qazaxıstanda filialları fəaliyyət göstərir.скачать dle 10.4 UTF-8Forex для начинающих