BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Prezident kiçik və orta sahibkarlıqla bağlı mühüm fərman imzaladı

Prezident kiçik və orta sahibkarlıqla bağlı mühüm fərman imzaladı

Prezident kiçik və orta sahibkarlıqla bağlı mühüm fərman imzaladı
ASAN Xidmətin tabeliyində Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır; yeni qurum ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrini həyata keçirəcək
Prezident İlham Əliyev son aylar ərzində sahibkarlığın, aqrar sahənin inkişafına dair xeyli mühüm sərəncam və fərmanlar imzalayıb. Neftin ucuzlaşmasından sonra qeyri-neft sektorunun, turizmin, aqrar sahənin inkişafı, sahibkarlığa əngəllərin aradan qaldırılması hökumət üçün prioritet məsələyə çevrilib. Görünən budur ki, prezident bu məsələlərin həllini şəxsən nəzarətdə saxlayır və müvafiq addımlar atılır.
Sentyabrın 23-də dövlət başçısı bu yöndə daha bir mühüm sərəncam imzalayıb.
Belə ki, İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayb.
Fərmanda qeyd edilir ki, ASAN Xidmətin nəzdində Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosial yönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılacaq.
“ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçiriləcək:
- Ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;
- “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;
[i]- Ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;
- İstehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;
- İstehsal olunan məhsulun daşınmasının və satışının təşkili;
- İstehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;
- Layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;
- İstehsal yönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.

Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 milyon manat ayrılıb.
Müvafiq dövlət strukturlarına bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yeni qurumun ASAN Xidmətin tabeliyində yaradılması da diqqət çəkir. Məsələ ondadır ki, ASAN yarandığı gündən öz şəffaf fəaliyyəti ilə ciddi uğurlar qazanıb, vətəndaşların dövlətə inamının bərpasında mühüm rol oynayıb. Ailə təsərrüfatları, kiçik və orta sahibkarlığın inkişafı üçün əngəllərin aradan qaldırılması ölkə iqtisadiyyatının inkişafı üçün ən ümdə məsələ kimi qiymətləndirilir. Bu məsələlərin həlli üçün yaradılan qurumun ASAN-ın nəzdində fəaliyyət göstərməsi qarşıya qoyulan məqsədlərə maksimum tez çatılmasına səbəb olacaq.
Prezident kiçik və orta sahibkarlıqla bağlı mühüm fərman imzaladıскачать dle 10.4 UTF-8Forex для начинающих