BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Elmira Süleymanova: “Milli azlıqların hüquqları hər zaman dövlətin nəzarətindədir”

Elmira Süleymanova: “Milli azlıqların hüquqları hər zaman dövlətin nəzarətindədir”

Elmira Süleymanova: “Milli azlıqların hüquqları hər zaman dövlətin nəzarətindədir”
Bakı, 30 sentyabr 2016
“Dağlıq Qarabağ münaqişəsi səbəbi ilə qaçqın və məcburi köçkünlərə çevrilən bir milyondan çox azərbaycanlının insan hüquqları pozulub”.
APA-nın məlumatına görə, bu sözləri V Humanitar Forum çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi” mövzusunda dəyirmi masanın sessiya çıxışında Azərbaycanın insan haqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanova deyib. O bildirib ki, indiyə kimi də təmas xəttində atəşkəs pozulur: "Dinc əhalinin yaşadığı yerlərdə sosial obyektlər dağıntılara məruz qalır, məktəblər dağıdılır. Onların təhsil hüquqları pozulur. Buna həssas yanaşmaq beynəlxalq qurumların diqqətində olmalıdır. Biz bununla bağlı bir çox beynəlxalq təşkilatlara bəyanatlar göndərmişik. Lakin hər hansı konkret tədbirlər görülməyib”.
E. Süleymanova xatırladıb ki, son illər Azərbaycanda insan hüquqları sahəsində 3 strateji sənəd qəbul olunub və bu sənədlər geniş insan hüquqları təminatı verir. O qeyd edib ki, Azərbaycanda milli azlıqların hüquqları da hər zaman dövlətin və cəmiyyətin nəzarətindədir.
Məlahət Nəcəfova, APAскачать dle 10.4 UTF-8Forex для начинающих