BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Almaniyada Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən kitab çap olunub

Almaniyada Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən kitab çap olunub

Almaniyada Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən kitab çap olunub
Bakı, 17 oktyabr 2016, AZƏRTAC
Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr edilib.
Kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1993-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında diqqətə çatdırılır.
Müəllif kitabda Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamla bağlı ayrıca yarımfəsil ayırıb, Ermənistanın hökumət üzvlərinin, xüsusilə prezident Serj Sarkisyanın Xocalı qırğınının iştirakçısı olduğunu faktlar əsasında qeyd edib.
Mixael Raynhard Hess erməni diasporunun Azərbaycana qarşı ərazi iddialarının iştirakçısı olması, eləcə də əslən ABŞ-dan olan və özünü “qisasçı” adlandıran Monte Melkonyanın timsalında erməni diasporunun bəzi üzvlərinin Azərbaycan torpaqlarının işğalı zamanı döyüşlərdə iştirak etmələrini ayrıca yarımfəsil şəklində avropalı oxucuların diqqətinə çatdırır.
Müəllif münaqişənin həlli ilə bağlı apardığı elmi təhlillərində əsaslandırır ki, münaqişənin həllində qaçılmaz ilk şərt Ermənistanın beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi əraziləri Azərbaycana geri qaytarmasından ibarətdir. “Azərbaycanın ərazi bütövlüyü bərpa edilmədən münaqişənin həlli çətin ki, mümkün olsun. İşğal edilmiş ərazilərdən qovulmuş insanların vətənə qayıtmaq hüququ təmin olunmalıdır”, - deyə almaniyalı alim vurğulayır.
Müəllif əsərin nəticə hissəsində yazır: “2016-cı ilin aprelindəki dəhşətli hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi Avropanın cinahında açıq yara olaraq qalır”.
Poliqlot alim M.R.Hess kitabın hazırlanmasında alman, ingilis və rus dillərindəki ədəbiyyatla yanaşı, arxivlərdə olan Azərbaycan, erməni, gürcü, türk, yunan və fars dillərindəki mənbələrdən və KİV materiallarından da istifadə edib.
M.R.Hessin bu kitabı aprel hadisələrindən sonra Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı Avropada əcnəbi alim tərəfindən yazılmış ilk kitabdır.скачать dle 10.4 UTF-8Forex для начинающих