ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Çin qəzeti Azərbaycan multikulturalizmindən yazıb

Çin qəzeti Azərbaycan multikulturalizmindən yazıb

Çin qəzeti Azərbaycan multikulturalizmindən yazıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İcraçı direktoru, professor Azad Məmmədovun Çin Xalq Respublikasının “Youth Daily”qəzetində müsahibəsi dərc edilib.
Azad Məmmədov müsahibəsində Azərbaycanın multikulturalizm siyasətindən, BBMM-in yaranması, fəaliyyəti və həyata keçirdiyi layihələri barədə geniş məlumat verib. Qeyd edib ki, qədim zamanlardan Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, ölkəmizdə kilsələr, məscidlər, sinaqoqlar fəaliyyət göstərir. Azərbaycanın multikulturalizm modelinin bütün dünya üçün nümunə olduğunu bildirən icraçı katib, ölkəmizdə etnik müxtəlifliyin və multikulturalizmin qorunub inkişaf etdirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb. Azad Məmmədov Azərbaycanın bütün etnik qrupların dillərinin, mədəniyyətlərinin və adət ənənələrinin qorunması üçün bir çox tədbirlər gördüyünü və multikultural inkişafın qanunvericilikdə hüquqi təminat tapmasına şərait yaratdığını söyləyib.
Müsahibədə14 may 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaranan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkənin multikulturalizm siyasətinin gerçəkləşməsində vacib mexanizm olması, Mərkəzin bu istiqamətdə gerçəkləşdirdiyi layihələr barədə geniş söhbət açılıb. Qeyd olunub ki, Multikulturalizm Mərkəzinin xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənn 7 xarici ölkədə uğurla tədris edilib və BBMM Çin universitetləri ilə də bu sahədə əməkdaşlıq etməyə hazırdır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
17 iyun 2015-ci il
Mənbə: http://multikulturalizm.gov.azскачать dle 10.4 UTF-8Forex для начинающих