ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Beynəlxalq yay məktəbi başa çatdı

Beynəlxalq yay məktəbi başa çatdı

Beynəlxalq yay məktəbi başa çatdı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Bilik Fondu və Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə keçirilən «Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş» adlı beynəlxalq yay məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzində, Tarix və Bayraq muzeylərində olublar.
İyulun 30-da Bakı Slavyan Universitetində beynəlxalq yay məktəbinin bağlanış mərasimi keçirilib. Mərasimi Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu açaraq bildirib ki, Azərbaycanın multikulturalizm siyasətinin mahiyyətini fərqliliyə, müxtəlifliyə sevgi təşkil edir.
BBMM-in layihələr şöbəsinin mudiri Hikmət Babayev yay məktəbinin statistikası və əldə olunan nəticələr haqqında danışıb. Şöbə müdiri deyib ki, yay məktəbində 15 xarici, 9 yerli olmaqla, ümumilikdə 24 universitetin tələbəsi iştirak edib: « Beynəlxalq yay məktəbinə 49 xarici, 19 azərbaycanlı olmaqla bütövlükdə 12 ölkənin vətəndaşı qatılıb. Azərbaycanın 5 regionunda keçirilən yay məktəbində 23 mühazirəçi iştirak edib ki, bunların da 3-ü əcnəbidir. Yay məktəbi ərzində 6 mühazirə, 2 dəyirmi masa, 2 görüş, 2 təqdimat, 1 diskussiya təşkil olunub. Nəticədə tələbələr dövlət müşaviri, nazir müavinləri, rektor, direktor və yerli icra hakimiyyəti orqanları ilə görüşmək imkanı əldə ediblər. Yay məktəbinin iştirakçıları ümumilikdə 1000 kilometrdən artıq məsafə qət edərək Qubada 30, Qusarda 40, Xaçmazda 30 nəfər ictimaiyyət nümayəndəsi ilə görüşüblər.
Google-da Beynəlxalq yay məktəbi ilə bağlı 24200 dəfə axtarış verilib. Mediada da beynəlxalq yay məktəbi lazımınca işıqlandırılıb. Bununla bağlı bütövlükdə 119 xəbər hazırlanıb. Yay məktəbi ilə bağlı xəbərlər 60 dəfə 19 sayt və portalda- 5 rusdilli, 10 Azərbaycandilli, 2 ingilisdilli, eləcə də Ukrayna və Bolqarıstan, ümumilikdə 14 dəfə olmaqla 2 regional, 5 ölkə, 1internet televiziyasında, bütvölükdə 45 xəbər olmaqla 15 dəfə 4 rusdilli, 30 dəfə 10 azərbaycandilli qəzetdə yer alıb».
BBMM-in Himayəçilik Şurasının sədri, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, yay məktəbinin sadalanan statistikası darıxdırıcı görünə bilər, amma bunları bilmək vacibdir: «Bu statistika zəhmət hesabına başa gəlib. Kaş biləydiniz, buradakı dostlarınız sizi layiqincə qarşılamaq, Azərbaycanda gününüzün mənalı, unudulmaz keçməsi üçün nə qədər zəhmət çəkiblər. Bu günlər ərzində Azərbaycan multikulturalizmi fənnini tədris edən müəllimləriniz sizinlə bərabər olublar. Multikulturalizm bu günlər ərzində sizinlə doğmalaşan xalqımızın ruhunu, canını, qanını təşkil edən bir dəyərdir. Əlbəttə, biz yay məktəbinin nəticələrini sonrakı mərhələdə təhlil edəcəyik, hər bir ştrixi dərindən araşdıracağıq. Mən sizin baxışlarınızda ayrılıq kədəri görürəm. Amma bu baxışlarda başqa bir detalı da vurğulamaq lazımdır. Bu- gələcək görüşlərə ümiddir. Bizim prezidentimiz hər dəfə ictimaiyyətlə görüşlərində qeyd edir ki, multikulturalizm həyat əhəmiyyətli amildir. Bu, bizim həyat tərzimizdi. Və yay məktəbi ərzində siz özünüz buna əmin oldunuz. İndiyədək mənimsədiyiniz nəzəri biliklər bu 10 gün ərzində praktika ilə birləşərək Azərbaycan multikulturalizmi haqqında sizdə əyani, aydın təsəvvür yaratdı. Yay məktəbi ərzində daxili zənginləşmə oldu. Təkcə siz yeni dostlar qazanaraq zənginləşmədiniz, həm də biz sizinlə ünsiyyət saxlayaraq zənginləşdik. Sizin üçün təkcə biz yox, Qubadakı, Qusardakı, Xaçmazdakı dostlarınız da darıxacaq. Mən inanıram ki, sizin Azərbaycana olan marağınızı sevgiyə çevirə bildik. Biz sizi sevdik. Arzu edirəm ki, bu sevgi uzun müddət davam eləsin. Siz həmişə bizim arzuolunan qonaqlaramızı olacaqsınız. Hesab edirəm ki, aramızda başlanan bu dostluq möhkəm qardaşlığa çevriləcək. Yay məktəbi yekunlaşdı, yaşasın yay məktəbi!» Dövlət müşaviri yay məktəbinin fəaliyyətində əməyi olan hər kəsə, eləcə də mətbuata minnətdarlığını bildirib.
Sonda yay məktəbinin iştirakçılarına təşkilatçı qurumlar tərəfindən sertifikat təqdim edilib.
31 iyul 2015-ci il
Mənbə: http://multikulturalizm.gov.azскачать dle 10.4 UTF-8Forex для начинающих