ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Azərbaycanda bütün etnik qruplar öz mədəniyyətlərini qoruyub saxlayıblar

Azərbaycanda bütün etnik qruplar öz mədəniyyətlərini qoruyub saxlayıblar

Azərbaycanda bütün etnik qruplar öz mədəniyyətlərini qoruyub saxlayıblar
Dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur
Coğrafi baxımdan Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan keçmişdə günümüzə kimi öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixə düşüb. Əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olub. Azərbaycan əraziləri Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir.

Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qeyd olunan etnik qruplar özünəməxsus fərqli mədəniyyətlərin elementlərini qoruyub saxlamışdır. Bu mədəniyyət məişət həyatında, sənətkarlıqda, mətbəxdə və müxtəlif mərasimlərdə öz əksini tapmaqdadır.



***



Yəhudilər - Azərbaycanda yaşayan ən qədim xalqlardan biri də yəhudilərdir. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuşlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. Dağ yəhudiləri Azərbaycanda 3 yerli qrupa bölünür:

- qubalılar (quboi) - Azərbaycanın Quba rayonu, əsasən Qırmızı Qəsəbə

- şirvanlılar (şirvoni) - Azərbaycanın şimal-şərqi, Şamaxı rayonunun keçmiş Müci kəndi, habelə Bakı

- oğuzlular - Oğuz şəhəri, Gəncə, İsmayıllı, Şamaxı.

Talışlar - Azərbaycan Republikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Masallı və Lerik rayonlarında və eləcə də İranın şimalında yaşayan xalqdır. İran dil ailəsinə mənsub olan talış dilində danışırlar. Keçmiş sovet alimləri talışları yerli əhali hesab edirdilər. Belə ki, onlar talışları Azərbaycanın ən qədim yerli tayfalarından olan kadusilərin nəsli hesab edirdilər. Lakin Qərb alimləri buna şübhə ilə yanaşırlar. Onların fikrincə, talışların Azərbaycana gəlişi (XIII əsrdə) Çingiz xanın sərkərdəsi olan Talışın adı ilə bağlıdır. Talışların maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir.

Kürdlər - Kürdlər hazırda Naxçıvan MR-nın Sədərək rayonunda rayon mərkəzində, Culfa rayonunun Teyvaz kəndində və Şərur ayonunun Dərəkənd kəndində yaşayırlar, həmçinin erməni işğalına qədər Laçın (Qarakeçdi, Çıraqlı və Minkənd kəndləri), Kəlbəcər (Ağcakənd, Zar kəndlərində tam şəkildə digər kəndlərdə isə qarışıq şəkildə), Qubadlı (Zilanlı kəndi) rayonlarında da kürdlər yaşayırdılar. Kürdlər İran dil ailəsinə məxsus kürd dilində danışırlar.

Tatlar - Azərbaycanın əsasən Quba, Xızı və Xaçmaz rayonlarında və bəzi Bakı kəndlərində yaşayan azsaylı xalqdır. Bəzi tədqiqatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır və onlar, heç şübhəsiz, Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir.

Avarlar - Avarlar Azərbaycan Respublikasının əsasən Zaqatala və Balakən rayonlarında yaşayan etnik azlıqlardan biridir . Şimali Qafqaz dil ailəsinə məxsus olan avar dilində danışırlar.

Azərbaycanlılarla sıx qaynayıb-qarışmışlar. Hazırda kompakt şəkildə Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Car, Zilban, Mazıx, Beretbinə, Cincartala, Katex, Meşəşambul, Mahamalar, Göyəmtala kəndlərində azərbaycanlılarla birlikdə, sıx qohumluq münasibətləri şəraitində yaşayırlar. İslam dininə etiqad edirlər.

Şahdağ xalqları və ya Şahdağ milli etnik qrupu - Azərbaycanlıların tərkib hissəsidir. Şahdağ milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Xınalıq, Qrız, Buduq və Rutul kəndlərinin adlarına müvafiq olaraq buduqlular xınalıqlılar, qrızlılar, rutullar və s. adlanır. Say etibarı ilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur.

- Xınalıqlılar - Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik xüsusiyyətləri ilə seçilir. Bu etnos Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda “Şahdağ xalqları” adlandırılır. Xınalıqlılar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Bu etnos dünyada yeganə dilə və yaşayış məskəninə mənsubdur. Yəni dünyanın etnik xəritəsində ancaq bir Xınalıq kəndi və yeganə xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Quba rayonuna məxsusdur.

- Qrızlılar - Azərbaycanın Şimal zonasında Quba və Xaçmaz rayonlarının bəzi kəndlərində yaşayan kiçik etnik qrupdur. Nax-Dağıstan dil ailəsinin ləzgi dil qrupuna aid qrız dilində danışırlar.

- Rutullar - Azərbaycanda və Rusiyada etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlamışdır. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq azərbaycan və rus dillərini).

- Buduqlular - “Şahdağ milli etnik qrupu” kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduqlular tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Digər dağ əhalisi kimi, buduqlular da oturaq həyat tərzi keçirirlər.

Ləzgilər - Qafqaz xalqlardan biri, Dağıstan və Azərbaycanda yaşayırlar. Azərbaycanda əsasən Qusar, Quba, Xaçmaz rayonları ərazisində kompakt halda, eləcə də Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində, Qəbələ, İsmayıllı, Oğuz, Göyçay rayonlarında yaşayırlar. Ləzgilər Azərbaycan əhalisinin 2,2%-ni təşkil edir.

Molokanlar - Hal-hazırda Azərbaycanda molokanlar, əsasən Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy və Qubada yaşayırlar.

İlk molokan icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlmişdir. Onları bura Rusiyadan, pravoslav kilsəsinin əleyhinə çıxdıqlarına görə sürgün etmişdilər.

Azərbaycanda məşhur olan İsmayıllı rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara köçüb gəlmiş molokanların nəslinin davamçıları yaşayır.

İngiloylar - Əsasən Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yaşayırlar. I Şah Abbasın dövründə müsəlmanlığı qəbul etmişlər. Bu qrupun nümayəndələrindən əsasən müsəlmanlar və çox az hissəsi xristianlar gürcü dilinin cənub dialektində danışırlar. Böyük Qafqaz dağlarının dağətəyi bölgəsində yaşayan ingiloyların əsas məşğuliyyət sferası tütünçülük, taxılçılıq, üzümçülük, qərzəkli meyvəçilik və heyvandarlıqdır.

Qaraçılar - Köçəri xalqlardan biri. Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir.

Azərbaycanda qaraçılar Balakən ərazisinə I Şah Abbasın köçürmə siyasəti dövründə yerli tayfaların qiyamlarının qarşısını almaq məqsədilə köçürülüblər. Əsasən Şambulbinə, Gülüzənbinə, Məlikzadə kəndlərində yaşayırlar. Balakəndəki qaraçılar farsdillidir. Bundan başqa, qaraçılar Şamaxı, Yevlax rayonlarında və Borçalıda yaşayırlar.

Qaraçılar tarixən köçəri həyat tərzi sürmüşlər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olmuşlar .

Assiriyalılar - Azərbaycanda yaşayan etnik qruplardan biridir. Qədim kökləri İran və Türkiyə ərazisində məskunlaşmış assuriyalılarla bağlıdır. Hal-hazırda Azərbaycanın Zaqatala zonasında kiçik bir etnik qrup kimi məskunlaşmışlar

Udilər - Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşmışdır. Müasir dövrdə başlıca olaraq Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayon mərkəzində yaşayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən Azərbaycan ərazisində mövcuddur. Udilər Qavqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilmişdir. alınmışdır. Tarixən Günəşə, Aya sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmiş və bu günə kimi dinini saxlamışlar.скачать dle 10.4 UTF-8Forex для начинающих