BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Azərbaycanın ən yaşlı "Facebook" istifadəçisi

Azərbaycanın ən yaşlı "Facebook" istifadəçisi

Azərbaycanda "Facebook"un ən yaşlı və aktiv istifadəçisinin 68 yaşı var. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, bu şəxs Quba rayon Buduq kənd sakini İldırım Məmmədovdur. Hazırda rayon mərkəzindən 60 km uzaqda yerləşən Yalavanc kəndində yaşayan İldırım Məmmədov gününün 3-də birini "Facebook"da keçirir. Uzun illər kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışan kənd sakini yeganə fermer olub ki, dəfələrlə Ümummilli lider Heydər Əliyevlə görüşüb.

"Görüşlərin birində Ulu öndər Heydər Əliyev müasir texnikanı öyrənin demişdir. Elə ondan bəri günün tələbləri ilə ayaqlaşmağa başladım. Sosial şəbəkələr isə həyatımızın bir hissəsidir. Əvvəlcə "Facebook"dan istifadə çətin olsa da, sonradan öyrəndim. İndi bir gün belə sosial şəbəkədən istifadə etməyəndə, dostlarımla yazışmayanda həyatımda elə bir nə isə çatmır.
Amma "Facebook"un da öz qanunu var. Bəzi şəxslərin buradakı fəaliyyəti hər şeydən əvvəl bir ağsaqqal kimi məni narahat edir".

Qeyd edək ki, hazırda İldırım Məmmədovun 1400 nəfərdən artıq "Facebook" dostu var.

Emin Kərimov,

25.04.2015

Azərbaycanın ən yaşlı "Facebook" istifadəçisi
Azərbaycanın ən yaşlı "Facebook" istifadəçisi

скачать dle 10.4 UTF-8Forex для начинающих