calendar_today
RSS Mətbuat daycesti Bizə Yazın
search
tune

Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

search
Ana səhifə

Rəsmi

Qanunlar Sənədlər Daycest

Şahdağ xalqları

Buduqlular Qrizlilər Xınalıqlılar Əliklilər Yergüclülər Haputlular Ceklilər

Digər

Multikulturalizm Gündəlik xəbərlər Məqalələr Müsahibələr Əlaqə
  • ANA SƏHİFƏ
  • Rəsmi expand_more
    • QANUNLAR
    • SƏNƏDLƏR
    • DAYCEST
  • Şahdağ Xalqları expand_more
    • BUDUQLULAR
    • QRİZLİLƏR
    • XINALIQLILAR
    • ƏLİKLİLƏR
    • YERGÜCLÜLƏR
    • HAPUTLULAR
    • CEKLİLƏR
  • Digər bölgələr expand_more
    • MULTİKULTURALİZM
    • GÜNDƏLİK XƏBƏRLƏR
  • Məqalələr
  • Müsahibələr
  • Multikulturalizm
  • Əlaqə
shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Şahdağ: bölgədən xəbərlər
12-12-2023, 10:54 · Xəbərlər · 565 baxış

Şahdağ: bölgədən xəbərlər

Qubada tarixi “Eh yolu” yaşadılır

 

6 dekabr 2023-cü il. Quba rayonunda Qrızdəhnə və Qrız kəndlərini birləşdirən tarixi yol canlandırılıb. “Eh yolu” eroziyaya uğradığına görə yürüş üçün əlverişsiz hala düşmüşdü. Bu ilin avqust ayında “Transqafqaz Cığırı” komandası ilk könüllü düşərgəsinə ev sahibliyi edib. Onlar burada bərpa işləri həyata keçiriblər. Artıq həm səyahətçilər, həm də kənd camaatı bu marşrutdan faydalana bilərlər.

 

Şahdağ Milli Parkında açıq qapı günü 

 

8 dekabr 2023-cü il. Şahdağ Milli Parkının 17 illiyi münasibəti ilə 8 dekabr tarixində Quba, Qusar, Şamaxı, Qəbələ, Oğuzda açıq qapı günü baş tutub. İsmayıllı bölməsində isə əyləncəli tədbir təşkil olunub.

P.S. Şahdağ Milli Parkı 8 dekabr 2006-cı ildə yaradılmışdır. Milli Park Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarını əhatə edir.

Şahdağ Milli Parkının yaradılmasının məqsədi ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, elmi-tədqiqat işlərinin aparılması, turizm və rekreasiya üçün şərait yaradılması, əhalinin ekoloji maarifləndirilməsi, zədələnmiş təbiətin, tarix-mədəniyyət komplekslərinin və obyektlərinin bərpa edilməsidir. Şahdağ Milli Parkında 271 növ onurğalı heyvan qorunur ki, onların 108 növü Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir. Onlardan vaşaq, köpgər, turac, berkut, çöl qartalı növlərini qeyd etmək olar. Burada Şərq palıdı, Qafqaz vələsi, Şərq fıstığı, göyrüş, qaraçöhrə və digər bitkilər mövcuddur. Şahdağ Milli Parkının ərazisi əvvəllər 15 hektara yaxın idi. 2010-cu ildə Milli Parkın ərazisi genişləndirilərək 130 hektara çatdırılmışdır.

 

Quba “İdman paytaxtı” seçilib

 

8 dekabr 2023-cü il. 2024-cü il üçün idman paytaxtının seçilməsi məsələsi müzakirə edilib. Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib. Səsvermə nəticəsində Quba 2024-cü ilin “İdman paytaxtı” seçilib.

Sonra dövlət qurumlarının əməkdaşları arasında gələn il keçiriləcək idman yarışlarının planı da müzakirə edilərək qəbul olunub.

 

İsmayıllı: Fərid Qayıbov sakinlərlə görüşüb

 

9 dekabr 2023-cü il. Gənclər və idman naziri Fərid Qayıbov İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşları qəbul edib. Tədbir dekabrın 9-da Ağsu şəhər Heydər Əliyev Mərkəzində baş tutub. Burada vətəndaşlar dinlənilib, onların müraciətlərini həll etmək üçün müvafiq tapşırıqlar verilib.

 

“Şahdağ Qusar” 6 qolla qalib olub

 

11 dekabr 2023-cü il. “Şahdağ Qusar” futbol üzrə II Liqanın növbəti turunda qələbə çalıb. XIV turda “Şahdağ Qusar”ın rəqibi “Kürmük Qax” komandası olub. Matç “Qax OİK” stadionunda Qusar komandasının xeyrinə, 6:1 hesabı ilə başa çatıb.

ShimalNews 

 

 

  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Eyni bölmədən
Qubada antik və orta əsrlərə aid izlər “Qeyri-maddi mədəni irs: Tədris vəsaiti” kitabının təqdimatı Şahdağ xalqları... "Etnik həmtəvənlərimiz" Buduqluların Dil və Mədəniyyət İrsini Qoruyan Rəqəmsal Portal: BUDADÄR Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
mic

Müsahibələr

arrow_forward
calendar_today25-11-2015, 11:34

Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir

İrs

Buduq və Buduqlular

Vaqif Piriyev · Azərbaycan Milli Kitabxanası

Şahdağ xalqlarının elmi irsi — rəqəmsal oxu zalında. Annotasiya və keçid; tam mətn ANL-dədir.

Milli Kitabxanada oxu menu_book

anl.az — rəqəmsal oxu

Xınalığın ilk tələbə qızı - Aynurə
Eksklüziv

Xınalığın ilk tələbə qızı - Aynurə

Elmə həsr olunmuş ömür
Eksklüziv

Elmə həsr olunmuş ömür

Robert Mobili: “Erməni yalanlarına qarşı mübarizə aparılması üçün alban kilsələrinə dini rəhbər təyinatı olmalıdır”
Eksklüziv

Robert Mobili: “Erməni yalanlarına qarşı mübarizə aparılması üçün alban kilsələrinə dini rəhbər təyinatı olmalıdır”

İlyas Babayev: “Azərbaycan ərazisindəki bütün abidələr Azərbaycana, xalqımıza aiddir.”
Eksklüziv

İlyas Babayev: “Azərbaycan ərazisindəki bütün abidələr Azərbaycana, xalqımıza aiddir.”

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən milli azlıqlarla bağlı görülmüş işlərə dair məlumatlar
Eksklüziv

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən milli azlıqlarla bağlı görülmüş işlərə dair məlumatlar

Beynəlxalq mətbuat

Mətbuat daycesti arrow_forward

7-11-2021, 02:06 Türkiyədə Dağıstan ruhu 22-10-2021, 09:06 Шебеке- уникальное искусство азербайджанских мастеров, с которым можно познакомиться в Москве 22-10-2021, 06:48 Какие языки были на Кавказе языками межнационального общения до русского 20-02-2021, 04:24 Yunanıstan mediası Azərbaycanın multikultural dəyərlərindən yazıb 11-08-2017, 14:24 Ukraynadakı Azərbaycan diaspor təşkilatının sədri "Kyiv Post" qəzetindəki ermənipərəst məqaləyə cavab verib
Bütün icmallar arrow_forward

Müəlliflər

Lətafət Beybutova

Lətafət Beybutova

“Şahdağ etnik qrupları” və ya “Şahdağ

Cəfər Qiyasi

Cəfər Qiyasi

Quba rayonunun Zıхır kәndindәn dağın

Aida Eyvazlı

Aida Eyvazlı

Gəl boyuna qurban, ay Vətən Oğlu 39

İlqar Balakişiyev

İlqar Balakişiyev

Azərbaycanda unikal memarlıq abidələri

İradə Əliyeva

İradə Əliyeva

Hələ Azərbaycan Dövlət Universitetinin

Ələkbər QUBATOV

Ələkbər QUBATOV

Müəllif haqqında: Ə.B.Qubatov 1938-ci

Faydalı keçidlər

military_tech Zəfər account_balance Prezident.az diversity_3 Multikulturalizm Mərkəzi menu_book Vikipediya history_edu AzerHistory

Şahdağ Xalqları

Şahdağ milli etnik qruplarının mədəniyyətini, tarixini və bu gününü işıqlandıran müstəqil informasiya portalı.

Şahdağ xalqları

  • Buduqlular
  • Qrizlilər
  • Xınalıqlılar
  • Əliklilər
  • Yergüclülər
  • Haputlular
  • Ceklilər

Sənəd və arxiv

  • Qanunlar
  • Sənədlər
  • Mətbuat daycesti
  • Kitablar
  • Videolar
  • Müəlliflər

Redaksiya

  • Bizə yazın
  • RSS lenti
  • Geniş axtarış
  • Multikulturalizm

© 2026 ŞAHDAĞ XALQLARI — BÜTÜN HÜQUQLAR QORUNUR.

Materiallardan istifadə zamanı aktiv link ilə istinad mütləqdir.

Video

Axtarış

Etnik qrup, kitab, məqalə və ya mövzu üzrə tapın.

search
Şahdağ xalqları
Buduqlular Qrizlilər Xınalıqlılar Əliklilər Yergüclülər Haputlular Ceklilər
Mövzu / format
Məqalələr Kitablar Müsahibələr Videolar Xəbərlər Multikulturalizm
Geniş axtarış arrow_forward