Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Birinci Qarabağ şəhidi torpağa tapşırılıb
9-05-2024, 13:50 · Xəbərlər · 638 baxış

Birinci Qarabağ şəhidi torpağa tapşırılıb

8 may 2024-cü il

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ayaz Həbibulla oğlu Ağayevin meyitinin qalıqları İsmayıllı rayonuna gətirilib. Bu haqda ShimalNews 8 may tarixində “Report”a istinadən məlumat verir.

Şəhidin nəşi rayonun Hacıhətəmli kəndində ailəsinə təhvil verilib. Vida mərasimi keçirilib. O, kənd qəbiristanlığında dəfn olunub.

Ayaz Ağayev 1975-ci il avqustun 29-da anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb. Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib.