Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Xarici tələbələr Quba Soyqırımı Memorial Kompleksində
11-05-2016, 18:41 · Xəbərlər · 1 484 baxış

Xarici tələbələr Quba Soyqırımı Memorial Kompleksində

Xarici tələbələr Quba Soyqırımı Memorial Kompleksində
Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan xarici tələbələr ölkəmizin Şimal bölgəsinə səyahət ediblər.

Universitetin təşəbbüsü ilə təşkil olunan səfər çərçivəsində xarici tələbələr Azərbaycanın tarixi abidələri, əlverişli turizm məkanlarını görmək imkanı əldə ediblər. Səfərə digər universitetlərdən də əcnəbi tələbələr qoşulublar.

Böyük marağa səbəb olan səyahət zamanı tələbələr Quba Soyqırımı Memorial Kompleksi ilə də tanış olublar.

Burada onlara erməni terrorizmi, azərbaycanlılara qarşı etnik soyqırımı, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlar verilib.

Tələbələr regionun multikulturalizm ölkəsi hesab edilən Azərbaycana qarşı törədilən bəşəri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərini birləşdirəcəklərini, öz həmyerlilərinə bununla bağlı məlumat verəcəklərini bildiriblər.