"Tərəkəmə yurdu" beynəlxalq folklor festivalı başlayır

1 iyun 2024-cü il
Mədəniyyət Nazirliyinin dəstəyi, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə "Tərəkəmə Çərşənbəsi beşinci beynəlxalq folklor festivalının keçirilməsi" layihəsi çərçivəsində iyunun 1-2-də Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizm məkanında beynəlxalq festival keçiriləcək.
Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanı festivalın keçirilməsi məqsədilə hazırlanıb, dekorasiyalar qurulub. Festval çərçivəsində Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivlərinin çıxışları olacaq.
Kəndirbazlar, Zorxana, Oxatma, Çilingağac kimi milli oyunlar paralel göstəriləcək. Türkiyə, Gürcüstan və İtaliyadan qonaqlar festivala qoşulacaqlar.
Festival çərçivəsində rəsm əsərləri, dekorativ-sənətkarlıq nümunələri, kənd məhsullarından ibarət sərgi-yarmarka təşkil ediləcək. Tanınmış rəssamlar, heykəltaraşlar, el sənətkarları, idman ustalarının ustad dərsləri keçiriləcək. Oturma gecələrində tərəkəmə həyat tərzi ilə bağlı filmlər izləniləcək, müzakirələr aparılacaq. Xarici və yerli qonaqlar kənddə əvvəlcədən müəyyən edilmiş evlərdə qalacaq və ünsiyyət bağları quracaqlar. Səhər tezdən Tərəkəmə marafonu təşkil ediləcək və qonaqlar "Bel daşı əfsanəsi" marşrutu ilə hərəkət edəcəklər. Festival hər iki gün maraqlı proqramlarla davam edəcək.
Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının UNESCO siyahısına alınması ilə səsləşir. Tədbir təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması və UNESCO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir.
Saytımızın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək" İctimai Birliyinin rəhbəri, festivalın moderatoru Dr. Fariz Xəlillidən aldığı məlumata görə, bu ənənəvi beynəlxalq tədbirin ilk iki gününün proqramı aşağıdakı tədbirləri əhatə edəcək:
TƏRƏKƏMƏ ÇƏRŞƏNBƏSİ BEYNƏLXALQ FOLKLOR FESTİVALI
AĞSU RAYONU, GƏGƏLİ KƏNDİ
1-2 İYUN 2024-cü İL
PROQRAM
1 iyun
10.00 – Qeydiyyat
10.30 - Sərgi-yarmarkanın açılışı
11.00 – Festivalın açılışı, moderator - Fariz Xəlilli
Bir dəqiqəlik sükut
Azərbaycan Respublikasının himni
Çıxışlar:
“Miras” MİÖK İctimai Birliyinin nümayəndəsi
Mədəniyyət Nazirliyinin nümayəndəsi
Dövlət Turizm Agentliyinin nümayəndəsi
Ağsu İcra hakimiyyətinin nümayəndəsi
Gəgəli bələdiyyəsinin nümayəndəsi
Türkiyə Cümhuriyyətinin nümayəndəsi
İtaliya Respublikasının nümayəndəsi
Borçalı tərəkəmələrinin nümayəndəsi
12.00 - Açılış bədii hissəsi, moderator - Fariz Xəlilli
Etnoqraf Gülzadə Abdulovanın Alaca milli geyimləri haqqında çıxışı
“Nənə qızlar” ansamblı
Ağsu folklor qrupu
Oğuzlar xalq folklor ansamblı
Qars aşıqları
“Veteranlar” xalq xoru
13.30 – Nahar yeməyi üçün fasilə
15.00 - Bədii hissə, moderator - Ruslan Adgözəlov
Folklorla bağlı bayatılar
“Mel” folklor xalq kollektivi
Aşıqlar xalq ansamblı
"Adıgün" Axısqa türk xalq folklor kollektivi
Tərəkəmə rəqsi
Qars foklor qrupu
ADMİU Humanitar Kollecin tələbələrinin çıxışı
Milli oyunlar – Zorxana
19.00 - Şam yeməyi üçün fasilə
21.00 – Musiqili proqram
Tərəkəmə çərşənbəsi filmi nümayiş və müzakirə
Şəcərə təqdimat - nümayiş və müzakirə
22.30 - Tonqal ətrafında oturma, musiqili proqram
Paralel fəaliyyətlər:
Sərgi
Yarmarka-satış
Ustad dərsləri
Xına-FaceArt
Milli geyimlər
Kəndirbazlar
Çilingağac
Oxatma
Zorxana
At çapma
Təndir və sac bişintiləri
Dəridə yemək bişirilməsi
Çay dəstgahı
Kabab çeşidləri
2 iyun
06:00 - Tərəkəmə marafonu
07.00-08.00 - Tərəkəmə obasında səhər yeməyi
10.00 – Qeydiyyat
10.30 - Sərgi-yarmarka - təqdimat Günel Seyidəhmədli
11.00 - Bədii hissə, moderator - Ruslan Adgözəlov
Şamaxı folklor qrupu
Milli rəqslər
Qars foklor qrupu
Misri Aşıq ansamblı
Halay xalq folklor kollektivi
"Cəngi" milli nəfəsli xalq kollektivi
Həsənağa Sadıqovun "Mahirlər" ailə ansanbılı
Xəmsə nağara ansamblı
Lahıc folklor qrupu
Milli oyunlar – Zorxana
14.00 – Nahar yeməyi üçün fasilə
15.30-18.00 – Ağsu Qoruğu və digər tarixi abidələri ziyarət etmək
18.00 - Şam yeməyi üçün fasilə
20.00 – Türk dünyasından seçmələr – musiqili proqram
“Tərəkəmə qadın” filmi nümayiş və müzakirə
22.30 - Tonqal ətrafında oturma, musiqili proqram
Paralel fəaliyyətlər:
Sərgi
Yarmarka-satış
Ustad dərsləri
Xına-FaceArt
Milli geyimlər
Çilingağac
Kəndirbazlar
Oxatma
Zorxana
At çapma
Təndir və sac bişintiləri