Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Talıstan kəndi seldən qorunur
22-10-2024, 08:10 · Xəbərlər · 290 baxış

Talıstan kəndi seldən qorunur

10 oktyabr 2024-cü il

 

İsmayıllı rayonu ərazisində körpü və keçidlər möhkəmləndirilib. Bu tədbirlər çərçivəsində Talıstan kəndinin sel sularından qorunması istiqamətində işlər görülüb. Shimal.News xəbər verir ki, işlər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Talıstan kəndi ərazisindən axan Talıstançay üzərində yerləşən körpü və keçidlərin dayaq hissələrinin sel sularından qorunması məqsədi ilə keçirilib.

Bununla yanaşı cari ildə çaylarda baş vermiş daşqın nəticəsində yararsız vəziyyətə düşmüş sahil-mühafizə bəndlərinin bərpası istiqamətində işlər davam etdirilir.