Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Tullantı poliqonuna çevrilən Şabrançay
4-11-2024, 19:41 · Xəbərlər · 489 baxış

Tullantı poliqonuna çevrilən Şabrançay

4 noyabr 2024-cü il

 

Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən körpünün altında və ətrafında ekoloji fəlakət yaşanır.

Yerli sakinlər Shimal.News-a bildiriblər ki, həmin ərazidə zibil qutuları yoxdur. Zibil qutularına  sadəcə mərkəzi küçələrdə rast gəlmək mümkündür. Bu səbəbdən burada yaşayanlar və avtovağzal ətrafındakı ictimai iaşə obyektləri tullantıları Şabrançaya atırlar.

“Bu çayın suyundan mal-qara içir. Yaranan vəziyyət çox acınacaqlıdır”,- deyə vətəndaşlar bildiriblər.

Qeyd edək ki, Şabrançayın üzərindəki körpünün piyadalar üçün olan hissəsi həm də qəzalı vəziyyətdədir. Keçidin taxtaları çürüyüb, kənarlarındakı dəmir məhəccərlər sınıb, dağılıb.