Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Quba-Xaçmaz yolunda maneə aradan qaldırılıb
2-06-2026, 17:05 · Xəbərlər · 95 baxış

Quba-Xaçmaz yolunda maneə aradan qaldırılıb

2 iyun 2026-cı il

 

Quba-Xaçmaz yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində böyük çinar ağacı yolun hərəkət hissəsinə aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, böyük diametrli ağacın Yergüc kəndi ərazisində yola aşması ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb ediliblər. Çinar ağacı yolun hərəkət hissəsindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa edilib.