Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » ATMU-nun tələbələri Ərzurumda ”Mədəni körpülər” yay məktəbində iştirak ediblər
26-07-2016, 11:23 · Xəbərlər · 1 488 baxış

ATMU-nun tələbələri Ərzurumda ”Mədəni körpülər” yay məktəbində iştirak ediblər

ATMU-nun tələbələri Ərzurumda ”Mədəni körpülər” yay məktəbində iştirak ediblər
Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik ixtisası üzrə təhsil alan tələbələrindən 2-si Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetinin təşkilatçılığı ilə fəaliyyət göstərən “Mədəni körpülər” adlı yay məktəbində iştirak ediblər.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, adıçəkilən yay məktəbinin dinləyici korpusu 25-dən çox ölkənin müxtəlif sahələr üzrə nüfuzlu ali təhsil müəssisələrinin tələbələrindən formalaşıb. Yay məktəbinin dinləyicilərinə turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslığa dair seminarlar keçirilib. O cümlədən Türkiyənin müxtəlif şəhərlərinə gəzinti-tanışlıq turları təşkil edilib.

Qeyd edək ki, 2010-cu ildən bu günədək ATMU-nun 12 nəfər tələbəsi yay məktəbində olub.