Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Quba-Xınalıq yolunda yol nişanları güllələnib
30-07-2016, 10:34 · Xəbərlər · 1 522 baxış

Quba-Xınalıq yolunda yol nişanları güllələnib

Quba-Xınalıq yolunda yol nişanları güllələnib
5 saylı "Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanov "Report"a bildirib ki, belə hal ilk dəfə il yarım əvvəl baş verib: "Bu yoldakı 20-yə yol dirəyinin üzərindəki nişanları çıxarmışıq. Yol nişanlarına müxtəlif çaplı ov tüfəngi ilə atəş açılıb".

Quba Ryon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin Təbliğat və təşviqat üzrə inspektoru Azad Əsədov sayta açıqlamasında yol nişanlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Yol nişanları sürücünün təhlükəsizliyinə xidmət edir. Yol nişanlarına zərər vurulması halını görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik".