Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Xızı-Xaçmaz turizm və rekreasiya zonasının baş inkişaf planı hazırlanacaq
11-08-2017, 13:04 · Xəbərlər · 1 203 baxış

Xızı-Xaçmaz turizm və rekreasiya zonasının baş inkişaf planı hazırlanacaq

 

11 avqust 2017

Mədəniyyət və Turizm Nazirliyi Xızı-Xaçmaz turizm və rekreasiya zonasının baş inkişaf planının hazırlanması xidmətlərinin satın alınması ilə əlaqədar açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 29-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 8-nə qədər nazirliyə (Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 82 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Azər Orucovdur (tel: (012) 4923984).

Təkliflərə sentyabrın 11-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.