Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Şimal bölgəsinə güclü qar yağıb
7-01-2016, 17:23 · Xəbərlər · 2 124 baxış

Şimal bölgəsinə güclü qar yağıb

Şimal bölgəsinə güclü qar yağıb

Şimal bölgəsinin bir sıra yaşayış məntəqələrinə qar yağıb. Qarın hündürlüyü Qubanın Qırız və Xınalıq kəndlərində 15 sm, Rükdə 8 sm, Quba şəhərində isə 1 sm-ə çatıb.

Qusar rayonunun Ləzə kəndinə 25 sm qalınlığında qar düşüb. Qubanın Qırız kəndində mənfi 12, Xınalıqda isə mənfi 10 dərəcə temperatur qeydə alınıb. Quba 6 saylı Yol İstismar Sahəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, yollarda hər hansı problem yoxdur. Bütün istiqamətlərdə yollar avtomobillərin hərəkəti üçün açıqdır.

“Report”un xəbərinə görə isə güclü qarın yağması nəticəsində 2015-ci ilin son günündə Quba-Xınalıq avtomobil yolu bağlanıb, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Qar kütləsinin aradan qaldırılması məqsədi ilə tikinti texnikası işə cəlb olunub, avtomobil yolunun 53-57-ci kilometrləri qardan təmizlənməkdədir.

apa.az/haqqin.az