Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Qəbələ rayonunun Nic kəndində “Azərbaycan Udi ocağı” etnoqrafik park muzeyinin açılışı olub
18-08-2018, 17:21 · Xəbərlər · 2 366 baxış

Qəbələ rayonunun Nic kəndində “Azərbaycan Udi ocağı” etnoqrafik park muzeyinin açılışı olub

10 avqust 2018

Azərbaycan Respublikasının Nic kəndində memar Şahvələd Məmmədovun yaxından iştirakı ilə "Azərbaycan Udi ocaqı" adlı muzey ərsəyə gətirilib. Udinlərin əsrlərdən bəri istifadə etdikləri əşyalar, və digər məişət-etnoqrafik müxəlləfat buradakı ənənəvi udi evini əks etdirən məkanda nümayiş olunur. Muzeyin açılışında iştirak edənlər bütün bunların Azərbaycanda multikultural dəyərlərin yüksək tutulduğnun nümayişi olduğnu vurğulamışlar.  

Açılış mərasimində rayon rəhbərliyi, millət vəkili, respublika və rayon ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər. "Azərbaycan Udi ocağı"nı bütün arzulayanlar ziyarət edə bilərlər.