Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Şuşa uğrunda şəhid olan Rahim Sərdarlı
17-12-2020, 06:01 · Xəbərlər · 1 464 baxış

Şuşa uğrunda şəhid olan Rahim Sərdarlı

 

15 dekabr 2020

 

Xaçmazın Canaxır kəndindən olan 24 yaşlı Rahim Sərdarlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb.

Aprel döyüşlərinin iştirakçısı Rahim iyulda baş verən Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət edərək könüllü kimi qeydiyyata alınıb. Vətən müharibəsinə sentyabrın 29-dan qoşulub. Rahim Füzuli, Cəbrayıl, Qubadlı döyüşlərində fəal iştirak edib. Şuşa uğrunda savaşda isə qəhrəmancasına şəhid olub.

Rahim bu il Mədəniyyət və İncəsənət universitetinə qəbul olaraq çoxdan arzusunda olduğu tələbə adını qazanmışdı.