Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Murov zirvəsini fəth edən kəşfiyyatçı İlham Rəşidov
24-12-2020, 08:29 · Xəbərlər · 970 baxış

Murov zirvəsini fəth edən kəşfiyyatçı İlham Rəşidov

 

21 dekabr 2020

 

Şəhid kəşfiyyatçı İlham Rəşidov Murovdağ silsiləsindəki Camışdağı zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin azad olunmasında fəal iştirak edib. Vətən müharibəsindəyaralı yoldaşlarını atəş altından çıxararkən yaxınlığında minaatan mərmisi partlayıb. İlham ağır xəsarətlər alsa da döyüş tapşırığını axıradək yerinə yetirərək, yaralı yoldaşlarını kömək üçün gələn avtomobilə çatdırıb.

İlham Rəşidov 1983-cü ildə Türkmənistanın Marı vilayətində doğulsa da orta məktəbi Xudat şəhərində oxuyub. 2001-ci ildə hərbi xidməti bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. 20 ilə yaxın xidmətdə olan baş gizir dörd xarici dil bilirdi.

Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.