Ölümündən sonra 4 medalla təltif olundu

9 fevral 2021-ci il
Şəhid Cəlil Məmmədov Fizuli cəbhəsindən Şuşayadək qızğın döyüşlərin iştirakçısıdır. 21 yaşlı qəhrəman noyabrın 8-i Şuşa uğrunda həlledici döyüşdə şəhidlik zirvəsinə ucalıb. Cəlil ölümündən sonra Fizulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə və Vətən Uğrunda medalları ilə təltif edilib.
Cəlil Məmmədov 1999-cu ildə Qubanın Qonaqkənd qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi və Quba Sosial-İqtisadi kollecini müvəffəqiyyətlə başa vurub. Əsgərlikdən qayıtdıqdan sonra ali məktəbə qəbul olmağı arzuluyurdu. Cəlil evin böyük oğlu idi. Onun iki kiçik qardaşı var.
Şəhidin atası Qəhrəman Məmmədov:
- Füzuli döyüşlərindən başlayaraq ta Şuşayadək döyüşlərdə iştirak edib. Müharibənin bitməsinə bir neçə saat qalmış yaralı komandirini atəş altından çıxararkən şəhid olub.
Şəhidin anası Məkan Məmmədova:
- Füzulidə, Xocavənddə döyüşdü, Şuşada şəhid oldu. Savadlı idi, təhdsilini ali məktəbdə davam etdirməyi, müəllim olmağı istəyirdi. Arzuları, məqsədləri çox idi, hamısı yarıda qaldı.
Şəhidin qardaşı İntiqam Məmmədov:
- Həmin bizə yaxşı oxumağı məsləhət görürdü. Əsgərliyə ikimizi də çağırmışdılar, sonra onu apardılar, mən qaldım. Deyirdi ki, eybi yox, mən torpaqlarımızı alıb qayıdaram.
Şəhidin babası Ramiz Novruzəliyev:
- O həmişə fərqlənirdi, məktəbdə də, kollecdə də. Həmişə onun xoş xəbərlərini eşidirdik.
Cəlil 2020-ci il noyabrın 12-də Qon aqkənd qəsəbə qəbiristanlığında dəfn olunub. Vətən müharibəsində bu qəsəbənin üç qəhrəman oğlu şəhid olub. Allah rəhmət eləsin!