Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Şimal bölgəsində bütün yanğınlar tam söndürülüb
24-08-2022, 08:02 · Xəbərlər · 456 baxış

Şimal bölgəsində bütün yanğınlar tam söndürülüb

22 avqust 2022-ci il

 

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Quba rayonunun Qasımqışlaq, Gədikqışlaq və Vəlvələ kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğın tam söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, havanın isti və küləkli olmasına, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğının daha geniş ərazilərə yayılmasına imkan verilməyib.

Qeyd olunub ki, ümumilikdə Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları üzrə baş vermiş yanğınlar nəticəsində təxminən 5000 hektar sahədə meşə və meşəətrafı ərazi, örüş və biçilmiş əkin sahələri yanıb. Şimal bölgəsində bütün yanğınlar tam söndürülüb.