Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » “Şuşa yaradıcılıq emalatxanası” layihəsi başlayır
26-08-2022, 11:09 · Xəbərlər · 588 baxış

“Şuşa yaradıcılıq emalatxanası” layihəsi başlayır

26 avqust 2022-ci il

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə avqustun 26-28-də Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev-muzeyinə, Vaqifin məqbərəsinə, Güllələnmiş abidələrə, Cıdır düzünə səfər edəcəklər.

Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihə iştirakçısı olacaq bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.

Belə ki, səfər təəssüratlarından ilhamlanaraq ərsəyə gələcək əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq qala tədbirdə geniş auditoriyaya təqdim olunacaq.