Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

18-05-2023, 09:16 · Xəbərlər · 334 baxış

Xınalığa qar yağdı

18 may 2023-cü il

 

Qudyalçay Xınalıq (Quba) məntəqəsində mayın 17-də günorta sulu qar və qarın yağması müşahidə olunub.

 Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.