BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qusar: Qızılgül təpələrində qədim möhürlər tapılıb

Qusar: Qızılgül təpələrində qədim möhürlər tapılıb

18 avqust 2023-cü il

 

Qusar rayonunun Bədirqala kəndi ərazisində arxeoloqlar qazıntı zamanı 5 məişət quyusu, 1 təndir, ocaq yeri, tikinti qalıqları, məişət əşyaları ilə yanaşı, qədim tayfa başçısına aid iki müxtəlif möhür tapıblar. Bu barədə ShimalNews 15 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Ekspedisiya rəhbəri Qəhrəman Ağayevin sözlərinə görə, adətən, belə qazıntılar zamanı  məişət əşyaları sınıq və qırıntılar şəklində tapılır, bütöv halda isə yalnız qəbirlərdə aşkar edilir. Bu dəfə isə saxsı qabın qapağı və şamdan bütöv, yəni saf halda tapılıb.

Bir müddət əvvəl qızılaxtaran şəxslər Qızılgül təpələri abidəsini buldozerlə dağıtmışdılar. Arxeoloqlar buna qarşı hüquqi ölçü götürülməsinin vacibliyini vurğulayıblar.

“Varlanmaq istəyən bu  qızılaxtaran  şəxslər, əsasən, əzəmətli abidələrimizə üz tutur, dağıdır, məhv edirlər. Olmaz, belələri haqda ciddi tədbir görülməlidir. Çirkin əllərini tarixi yerlərimizdən çəksinlər”, – deyə Q.Ağayev bildirib.

Zəruri xatırlatma: Qızılgül təpələri Qusar rayonunun Bədirqala kəndindən Şimal-Şərqdə, Qusar-Xudat şose yolunun sağında Erkən Orta əsrlərə aid yaşayış yerinin qalıqlarıdır. Hər iki təpənin hündürlüyü 10 metrə qədərdir. Qızılgül təpələrində kəşfiyyat xarakterli qazıntılar zamanı təqribən 2 metrə yaxın qalınlığı olan mədəni təbəqə müəyyənləşdirilib. Arxeoloji materiallar əsasən boz və çəhrayı rəngli gil qablar və çay daşından düzəldilmiş dənəzənlərdən ibarətdir. Gil qablar o dövrdə bu zona üçün səciyyəvi olan daraqla vurulmuş naxışlarla bəzədilib.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих