BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Quba və Xaçmazda çəkilən film Avropada göstəriləcək

Quba və Xaçmazda çəkilən film Avropada göstəriləcək

28 avqust 20203-cü il

 

Quba və Xaçmaz şəhərlərində multikulturalizm və tolerantlıq mühitini əks etdirən film çəkilir. Bu barədə ShimalNews 28 avqust tarixində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə (DQİÜDK) istinadən xəbər verir.

Çəkilişlərlə əlaqədar ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman dini icmalarının üzvləri Qubaya gəliblər. Film Cümə məscidində və dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədəki Giləki sinaqoqunda, həmçin Xaçmaz şəhərindəki “Müqəddəs möcüzəvi Nikolay” kilsəsində lentə alınır.

DQİÜDK tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan filmin mövzusu “Müasir çağırışlar: Dinlərarası birgəyaşayış”dır. Sentyabr ayında təqdim olunan kino ingilis dilində dublyaj olunacaq və Avropa ölkələrində nümayiş etdiriləcək.

15-18 dəqiqəlik filmin əsas məqsədi Azərbaycanı müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyunca milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh və dialoq şəraitində yaşadığı diyar kimi tanıtmaqdır.

скачать dle 10.4 UTF-8Forex для начинающих