İsmayıllıdakı azsaylı xalqların folklorundan
27 aprel 2024-cü il
“Nəfəs” İctimai Birliyi və “Azərbaycanın Dostları Təşkilatı”nın dəstəyi ilə filologiya üzrə fəlsəfə doktoru Dadaş Əliyevin “İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, müəllifin ilk monoqrafiyası olan kitab İsmayıllı etnomühitində özlərinə layiqli yer tutmuş və milli–mədəni kimliklərini qoruyan azsaylı xalqların – lahıc, ləzgi, hapıt, molokan, həmçinin etnoqrafik qrup olan Axıska türklərinin folklor ənənələrinin araşdırılmasına həsr olunub. Monoqrafiyada hər bir nümunə qeydə alındığı dildə təqdim edilib.
|
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |












