BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Quba-Xınalıq yolundakı körpü niyə bərpa edilmir?

Quba-Xınalıq yolundakı körpü niyə bərpa edilmir?

4 sentyabr 2024-cü il

 

Quba rayonundan Şahdağ milli-etnik qrupuna aid yerli xalqlardan olan kətişlərin qədim kəndi Xınalığa gedən yolda körpü dağılıb. 

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı açıqlama verərkən deyib ki, dağılmış körpünün təmirinə yaxın günlərdə başlanacaq.

“Körpü təxminən bir ay öncə uçub. Bununla bağlı təkliflər, yeni layihələr hazırlanıb və artıq təqdim olunub. Yəqin ki, yaxın günlərdə yeni körpünün inşasına başlanılacaq. Hazırda vətəndaşların istifadə etməsi üçün alternativ yolumuz var. Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ kimi istifadə edə bilirlər. Qısa müddətdə yeni körpünün də tikintisinə başlanılacaq” – deyə, mətbuat katibi bildirib.

скачать dle 10.4 UTF-8Forex для начинающих