BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Muğanlı-İsmayıllı-Qəbələ yolu hazırdırmı?

Muğanlı-İsmayıllı-Qəbələ yolu hazırdırmı?

17 oktyabr 2024-cü il

 

Artıq 4 ilə yaxındır ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda yenidənqurma işləri aparılır.

“Xəzərxəbər”-in məlumatına görə, təmir-tikinti işləri yol boyu gediş-gəlişi çətinləşdirib. Sürücülər mövcud vəziyyətdən şikayətlənirlər. Onlar deyirlər ki, onların nəqliyyat vasitələri tez-tez sıradan çıxır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikintinin son vəziyyətindən danışıb. Qurumun mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, layihə çərçivəsində görüləcək işlər çoxdur. Texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi aparılır. Həmçinin yolda sürüşməyə qarşı dayanıqlığı təmin etmək üçün yamaclara xüsusi material sərilir.

Ərazidə tunelin inşası həmçinin çox vaxt tələb edir. İşlərin hələ ki, ümumilikdə 34%i tamamlanıb. Hazırda layihəyə uyğun olaraq yolun digər hissələrində torpaq işləri icra olunur, hərəkət hissəsi genişləndirilir.

Yenidənqurmadan sonra Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Təmir-tikinti işlərinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.

скачать dle 10.4 UTF-8Forex для начинающих