Xınalıq dilinə aid kitab nəşr olunub22 oktyabr 2024-cü il
Azərbaycan Dövlət Pedagoji Universitetinin Quba filialında “Xınalıq dilində 500 söz: Hər söz bir tarixdir” kitabının təqdimatı keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə baş tutub. Qht.аz-ın məlumatına görə, p.ü.f.doktoru Aysel Şeydayeva, Mürvət Əliyev, t.ü.f.doktoru Təhminə Əliyeva iştirakçılara Xınalıq dilini, tarixini, mədəniyyətini öyrənən bütün tədqiqatçılar üçün kitabın əhəmiyyəti haqqında fikirlərini bildiriblər. Bu kitabın Xınalıq dili və tarixi ilə bağlı dəqiq, geniş və incə məqamlara toxunmaqla yazılmış ilk əsər olduğu vurğulanıb. Onun gələcək tədqiqatçılar üçün bir mayak rolun oynayacağı qeyd edilib. Daha sonra tələbələrlə sual-cavab əsasında ünsiyyət davam edib. Fərqlənənlərə isə Xınalıq kəndi ilə bağlı xüsusi hazırlanmış suvenirlər və kitab hədiyyə olunub. Sonda kitabın faydalılığını atrırmaq məqsədilə Quba filialının kitabxanasına 5 ədəd kitab hədiyyə olunub.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |