ShahdaghPeoples.az

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Azərbaycanın qadın güləşçisi dünya çempionudur
26-10-2024, 08:20 · Xəbərlər · 338 baxış

Azərbaycanın qadın güləşçisi dünya çempionudur

25 oktyabr 2024-cü il

 

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, mundialın dördüncü günündə qadın güləşi üzrə millinin son 2 üzvü xalçaya çıxıb.

Jalə Əliyeva (57 kiloqram) 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4. Həmyerlimiz növbəti mərhələdə isə türkiyəli Sevim Akbaşa heç bir şans verməyib – 10:0. Əliyeva yarımfinalda isə amerikalı Sofiya Makalusonu “tuş”la üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib. Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.

Ruzanna Məmmədova (62 kiloqram) debütdə qırğızıstanlı Kalmira Bilimbekqızından (4:1) güclü olsa da, 1/4 finalda estoniyalı Viktoriya Vessoya 1:7 hesabı ilə məğlub olub.