Faktiki hava: Qubaya qar yağır27 oktyabr 2024-cü il
Oktyabrın 26-sı saat 23:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır. Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm, Qubada 16 mm, Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm, Şəkidə 4 mm olub. Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır. Şimal- qərb küləyi Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 14 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |