Şollar su kəmərinə 3 milyondan çox pul xərclənəcək27 oktyabr 2024-cü il
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti layihələndirmə və tikintiyə başlayacaq. Shimal.News məlumat veriri ki, Vəlvələçay keçidində 1-ci Şollar su kəmərinin mühafizəsi tədbirləri ilə əlaqədar işlər aparılacaq. Onların icrası 3,3 milyon manata başa gələcəyini proqnozlaşdırıb. Qeyd edək ki, Bakı–Şollar su kəməri Azərbaycanda ən böyük həcmdə tikilən ilk su kəmərdir. Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. Şollar su mənbəyi Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığındakı Şollar kəndində yerləşir. Abşeron yarımadasının içməli su təhcizatı üçün çəkilmiş bu xətt Bakıya çəkilən ilk su kəməri idi. Şollar su mənbəyi ingilis mühəndisi Vilyam Lindley tərəfindən aşkarlanıb. Lindleyi 1899-cu ildə Hacı Zeynalabdin Tağıyev Bakı şəhərinin su çatışmazlığı həll etmək üçün Azərbaycana dəvət edib. Lakin kəmərinin çəkilişi üçün lazım olan vəsait tapılmayıb və bu məsələ bir neçə il həll edilməyib. Kəmərin çəkilişi məqsədilə, 6 oktyabr 1909-cu ildə çar II Nikolay xərcin 27 milyon rubldan çox olmamaq şərtilə, fərman imzalanıb. Lakin Birinci Dünya müharibəsi və tikinti zonasında yayılmış vəba epidemiyası kəmərin çəkilişini bir neçə il ləngidib. Şollar kəmərinin tikintisi 1911-1917-ci illərdə davam edib və üç mərhələdən ibarət olub. Bu, o dövrdə Rusiyada ən uzun su kəməri olub. Şollar su mənbəyindən Bakıya çəkilən kəmər 18 fevral 1917-ci ildə istismara verilib. 1969-cu ilə qədər Bakı və Sumqayıt şəhərləri içməli su ilə 3 mənbədən: Şollar, Xaçınaz su kəmərləri və Ceyranbatan su anbarından təmin olunurdu. 2017-ci ildə su kəmərinin Şollar su kəmərinin 100-illiyi keçirilib.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |