Britaniya parlamentinin nümayəndə heyəti azərbaycanlı məcburi köçkünlərin həyat şəraiti ilə tanış olubÖlkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti iyulun 29-da Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məcburi köçkünlər üçün yaradılan şəraitlə yerində tanış olmaq məqsədilə buraya gələn nümayəndə heyətini ərazidə komitə sədrinin müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri qarşılayıblar. Qaçqın və məcburi köçkünlərin problemi ilə yaxından maraqlandığına görə Britaniya parlamentinin üzvlərinə təşəkkürünü bildirən F.Hüseynov bildirib ki, Bakıda və şəhərətrafı ərazilərdə, respublikamızın müxtəlif bölgələrində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturları ilə birlikdə müasir qəsəbələr, məhəllələr salınıb, daha ağır şəraitdə yaşayan minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Hələ də məcburi köçkünlərin müəyyən qisminin yataqxanalarda, tikintisi yarımçıq qalmış obyektlərdə ağır şəraitdə yaşadığını xatırladan komitə sədrinin müavini deyib ki, dövlətimiz tərəfindən onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir. Bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşdırılıb. Torpaqlarımız azad edildikdən sonra onlar doğma yurdlarına qayıdacaqlar. Sonra qonaqlar ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə tanış olublar. Qonaqlar, həmçinin məhəllədəki 280 yerlik uşaq bağçasında olub, burada tərbiyə alan uşaqların əl işlərinə baxıb, körpələrin ifasında xalqlar arasında sülh və dostluğu tərənnüm edən mahnılar dinləyiblər. Britaniyalı qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də tanış olublar. Zəngilandan məcburi köçkün Ərşad Priyevin mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır. Görüşlərdə Böyük Britaniya parlamentinin üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarının zəruriliyini bildiriblər. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |