BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Dmitri Savelyev: Azərbaycan dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir

Dmitri Savelyev: Azərbaycan dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir

Dmitri Savelyev: Azərbaycan dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir
Moskva,17 yanvar 2017
“Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Bu, əlbəttə, İslamın radikallaşdırılmasına qarşı mübarizəyə və quruculuq məqsədləri üçün qüvvələrin birləşdirilməsinə yönəlmiş mühüm addımdır”. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Rusiyalı parlamentarinin fikrincə, məhz 2015-ci ildə birinci Avropa Oyunlarının paytaxtı olmuş Azərbaycanın bu il İslam Həmrəyliyi Oyunlarının paytaxtı olması dərin rəmzi məna daşıyır. D.Savelyev deyib: “Məhz bu ölkə dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir. Bunun sayəsində əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan, məsələn bugünkü Avropanın üzləşdiyi onlarla problemlə heç vaxt qarşılaşmayıb. Hüquq bərabərliyi, bütün millətlərin və dinlərin dostluğu və sülh – budur Azərbaycan. İdman isə böyük birləşdirici qüvvədir”.
Dövlət Dumasının deputatı əmindir ki, bu il may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları azarkeşlərə də güclü təsir bağışlayacaq. D.Savelyev vurğulayıb: “Özü də təkcə ona görə yox ki, Azərbaycan bu cür tədbirləri həqiqətən möhtəşəm səviyyədə təşkil etməsi ilə ad çıxarıb, həm də Bakının fantastik gözəlliyi, onun sakinlərinin mehribanlığı, səmimiliyi sayəsində. Aralarında rusların, osetinlərin, gürcülərin, yunanların, polyakların da olduğu Bakı sakinlərinin hamısı qürurla özlərini multikultural Azərbaycanın vətəndaşları adlandırırlar”.
Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiriскачать dle 10.4 UTF-8Forex для начинающих