BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bazardüzündə “Zəfər zirvəsi”!

Bazardüzündə “Zəfər zirvəsi”!

 

16 fevral 2021-ci il

 

Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Ordusunun zabitləri və “Qartal” Dağçılıq İdman Klubunun alpinistlərindən ibarət heyətin Böyük Qafqaz sıra dağlarının Bazardüzü zirvəsinin şərqində yerləşən adsız yüksəkliyə (4301 m) yürüşü təşkil olunub.

Müdafiə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, “Zəfər Azərbaycanındır!” adlı ekspedisiyanın iştirakçıları mürəkkəb relyefə malik dağlıq ərazini keçərək təyin edilmiş yüksəkliyə qalxıblar.

Ekspedisiyanın iştirakçıları orada Azərbaycan Respublikasının Dövlət bayrağını ucaldıb, Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonda Vətən müharibəsində Qələbəni tərənnüm edən “Zəfər zirvəsi” adlı lövhə bu yüksəklikdə bərkidilib.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих