ShahdaghPeoples.az

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » Şuşada məktəb tikintisinə başlanılır
11-12-2021, 02:30 · Gündəlik xəbərlər · 872 baxış

Şuşada məktəb tikintisinə başlanılır

9 dekabr 2021-ci il

 

Şuşada 1 nömrəli məktəbin layihələndirmə işləri yekunlaşıb və tikintiyə başlanılacaq.  

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

Nazir deyib ki, prosesin 2022-ci ilin sonuna qədər bitməsi gözlənilir: “Yəqin ki yaxın zamanlarda Füzuli şəhərində də məktəb tikintisi ilə bağlı addımların atılması gözlənilir. Bu çox ciddi və böyük prosesdir. Həmin bölgələrdəki məktəb layihələri ən yaxşı layihələrdir. Həm Ağdam, həm də Şuşa məktəbi arxitektur inşaat xüsusiyyətlərinə görə ən müasir məktəblərimizdən olacaq".

Modern.az