ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkil edilməsini nəzərdən keçirirlər

Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkil edilməsini nəzərdən keçirirlər

Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkil edilməsini nəzərdən keçirirlər
"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi imkanını nəzərdən keçirirlər".

APA-nın xəbərinə görə, bunu “Ria Novosti” agentliyinə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. C. Uorlik qeyd edib ki, davamlı sülhün əldə edilməsinin yolu danışıqlar prosesindən keçir. Onun sözlərinə görə, heç bir həll yolu hansısa tərəfə zorla qəbul etdirilə bilməz.

“Həmsədr ölkələrin yüksək səviyyəli rəsmilərinin dəstəyi ilə tərəflər danışıqlarda iştirak edir və təmas xəttində zorakılıq riskinin azaldılması tədbirləri üzərində çalışır. Sülh prosesində tam proqresə nail olmaq üçün biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti birgə görüşünü təşkil etmək imkanını nəzərdən keçiririk” - deyə, C. Uorlik qeyd edib.скачать dle 10.4 UTF-8Forex для начинающих