Xərçəngə qarşı mübarizə aparan nanorobotlar4 mart 2017, Bakı Alimlər illərdir həssas əməliyyatlarda istifadə etmək üçün robot texnologiyasını inkişaf etdirməyə çalışırlar. Son zamanlar robotların köməyi ilə ən çətin xəstəliklərin qarşısını almaq mümkün olub. Hazırda tədqiqatçılar nanotexnologiyalar sayəsində xərçəngə qarşı mübarizə aparan mikroskopik robotlar hazırlamağa başlayıblar. AZƏRTAC “Science Robotics” jurnalına istinadla xəbər verir ki, “Phillips Innovative Technologies” laboratoriyasında hazırlanan bu nanorobotlar tibb sahəsində indiyədək mümkün olmayan müalicə üsullarına yol açacaq. Robotlar maqnetik sahə ilə uzaqdan idarə ediləcək. Əvvəllər hazırlanan robotlara fərqli proseslər üçün yeganə bir siqnalla nəzarət etmək mümkün deyildi. Yeni kəşf edilən texnologiya sayəsində isə nanorobotlar mürəkkəb vəzifələri yerinə yetirməkdə heç bir çətinlik çəkmirlər. Hazırda alimlər nanorobotlar vasitəsilə xərçəngə qarşı mübarizə aparan radioaktiv nüvələri şişlərin içinə yerləşdirməyə çalışırlar. Əgər müsbət nəticə əldə edilsə, çox az yan təsirlə bir çox xərçəng növünün müalicəsi mümkün olacaq. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |