BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Aprel şəhidlərinin xatirəsi yad edilib

Aprel şəhidlərinin xatirəsi yad edilib

 

4 aprel 2018

Xəzər rayon MKS-nin təşkilatçılığı ilə Binə Mədəniyyət mərkəzində jurnalist Aida Eyvazlının “Qalibiyyət- şahidlər və şəhidlər” kitabının ikinci cildinin təqdimatı keçirilib. Kitab 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanlarından bəhs edir.
   Xəzər rayon MKS-nin direktoru E.Məcidova qonaqları salamlayaraq Aprel döyüşlərinin müasir tariximizin şanlı səhifəsi olduğunu deyib, kitab barədə məlumat verib.
   Kitabda 2016-cı ilin 2-5 aprelində Ermənistan-Azərbaycan cəbhəsində baş verən döyüşlər, Lələtəpə, Seysulan, Talış yüksəkliklərinin düşməndən azad edilməsi ilə bağlı maraqlı xatirələr, döyüşləri və qələbə anını əks etdirən məqamlar əksini tapıb. 
   Aprel döyüşlərinin iştirakçısı, Azərbaycan ordusunun zabiti Əhliyyət Mehdiyev, şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova və digər çıxış edənlər Aprel döyüşlərinin qəhrəmanlıq tarixi olduğunu vurğulayıblar.

medeniyyet.az

скачать dle 10.4 UTF-8Forex для начинающих