BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Müharibə başlayan kimi döyüşlərə atılan aşpaz

Müharibə başlayan kimi döyüşlərə atılan aşpaz

 

18 dekabr 2020

 

Vətənimizin işğal altında olan torpaqlarını düşmən tapdağından azad edərkən şəhid olan qəhrəmanlarımızdan biri də qusarlı Elvin Qurbanovdur.

Elvin Qurbanov 1999-cu ildə Qusar rayonunun Balaqusar kəndində doğulub. Orta təhsilini rayonda yerləşən internat məktəbində alıb. Daha sonra kollecdə aşpazlıq ixtisası üzrə peşə təhsilinə yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra Qusardakı restoranların birində aşpazlıq etməyə başlayıb. Xoş və mehriban xasiyyətinə görə hamı tərəfindən sevilən Elvin Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.

Elvin Cəbrayıl və Füzulinin yaşayış məntəqələrinin azad olunmasında fəal iştirak edib.

Ailəsi ilə son dəfə 13 oktyabrda telefonla danışıb. Sonra beş gün ona zəng çatmayıb. Məlum olub ki, Elvin Füzuli şəhəri uğrunda gedən şiddətli döyüşdə artilleriya mərmisinin yaxınlığında partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Elvin Qurbanov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

скачать dle 10.4 UTF-8Forex для начинающих