BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şəhid Batdal Bayraxdarovun döyüş yolu

Şəhid Batdal Bayraxdarovun döyüş yolu

 

17 dekabr 2020

 

On səkkiz yaşlı şəhid Batdal Bayraxdarov 2002-ci ildə Qubanın Ağbil kəndində, Axıska türkü ailəsində anadan olub. Uşaqlıqdan idmana maraq göstərən Batdal cüdo üzrə bir sıra turnirlərin qalibi olub. Orta məktəbi bitirdikdən sonra Türkiyə universitetlərindən birinin idman bölümünə qəbul olunsa da atasının səhhətindəki problemlərə görə ali təhsil ala bilməyib. 

O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Cəbrayıl və Füzulinin azad olunması uğrunda savaşlarda fəal iştirak edib. Oktyabrın 10-də Füzuli şəhəri istiqamətində gedən şiddətli döyüşdə qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.

Batdal Bayraxdarov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Batdal Mikail oğlu Bayraxdarov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

скачать dle 10.4 UTF-8Forex для начинающих