ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir

Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir

Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir

Bu günlərdə Azərbaycan nümayəndə heyəti İsveç Krallığında  rəsmi səfərdə olub. Səfər təsüratlarını bölüşmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədovla görüşdük

Bu səfərin təşkili və  məqsədləri ilə bağlı məlumat verərdiniz.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyi və İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (ISDP) birgə təşkilatçılığı ilə noyabrın 18-dən 20-dək Stokholm şəhərində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə konfrans və müxtəlif görüşlər keçirib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç və mən təmsil olunurdum.

Səfərin əsas məqsədi dünyamızın terrorla, islamafobiya, ksenefobiya ilə təhdid olunduğu bir zamanda dünyanın bir çox dövlətlərinə nümunə olacaq birgəyaşayışın Azərbaycan modelini, Azərbaycan multikulturalizmi və tolerantlığını İsveçdə tədim etmək, həmçinin bu istiqamətdə qarşlıqlı təcrübə mübadiləsi aparmaq idi.

 

Səfər çərçivəsində hansı tədbir və görüşlərinuiz oldu?

Noyabrın 18-də “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirildi. Konfransda ölkəmizi təmsil edən nümayəndə heyəti, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Adış Məmmədov, İsveç tərəfindən İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel, İsveç parlamentinin sabiq üzvü, ATƏT Parlament Assambleyasının keçmiş prezidenti Qoran Lenmarker, İsveç Xarici İşlər Nazirliyinin baş direktoru, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəisi Stefan Qulqren və İsveçin İnanclararası Dialoq Mərkəzinin direktoru Helene Enqel çıxış etdi.  Konfransda həmçinin İsveç Parlamentinin hal-hazırki və keçmiş üzvləri, Stokholmda akkreditə olunan bəzi səfirlər (Türkiyə, Rusiya, İsrail, Gürcüstan, Qazaxıstan, Polşa) və diplomatik korpus nümayəndələri, İsveçdə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının rəhbərləri, ölkədə mövcud olan dini konfessiya (Xristian, Yəhudi və Müsəlman) rəhbərləri, İsveçin aparıcı qəzetlərinin jurnalistləri, o cümlədən İsveç ictimaiyyətinin tanınmış üzvləri və intellektualları, Azərbaycan və Türkiyə diasporasının nümayəndələri iştirak edirdi. Konfransda maraqlı müzakirələr oldu.

Konfransdan sonra Azərbaycan nümayəndə heyətinin İsveçin mədəniyyət və demokratiya naziri ilə görüşü keçirildi. Görüşdə nazir xanım Alice Bah Kuhnke ilə yanaşı nazirliyin bir neçə yüksək vəzifəli əməkdaşı da iştirak edirdi.

Noyabrın 19-da nümayəndə heyəti İsveç Parlamentinin Konstitusiya Komitəsinin sədri tərəfindən qəbul edildi. Görüşdə Komitə sədri Andreas Norlen ilə yanaşı, İsveç Parlamentində təmsil olunan Sosial Demokratlar Partiyasi, Xristian Demokratlar Partiyasi, İsveç Demokratlar Partiyası və Yaşıllar Partiyasının üzvləri də iştirak etdirdi.

 

Səfərin sonuncu günü nümayəndə heyətimizin İsveç Xarici İşlər Nazirliyində görüşü oldu. Görüşdə İsveç tərəfindən Nazirliyin siyasi məsələlər üzrə baş direktoru, nazir müavini Anna-Karin Eneström, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəisi Stefan Qulqren və nazirliyin digər əməkdaşları iştirak edirdi. Bütün görüşlərdə multikulturalizmin Azərbaycan və İsveç modeli, ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daha da möhkəmləndirilməsi, mədəni və multikultural müstəvidə təcrübə mübadiləsinin aparılmasının vacibliyi ilə bağlı fikir mübadiləsi aparıldı.

Deyə bilərik ki, bu səfərlə siz Azərbaycan multikulturalizmi və tolerantlıq modelinin İsveçdə təqdimatını etdiniz. Reaksiyalar necə oldu?

Təbii ki, qədim tarixi köklərə və dövlətçilik ənənələrinə malik olan İsveç Krallığının da özünə  xas tolerantlıq və multikulturalizm təcrübəsi var. Lakin buna baxmayaraq, ölkəmizdən olan nümayəndə heyətində təmsil olunan müxtəlif dini konfessiya rəhbərlərinin mehriban dostluğu, Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan xalqının sülh və əminamanlıq içərisində yaşaması naminə ortaya qoyduqları yekdil mövqe hər addımda onların heyrətinə səbəb  olurdu.

Ölkə başçısı cənab İlham Əliyevin də söylədiyi “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir” tezisi, Azərbaycanın tolerantlıq məkanı olması və bu birgəyaşayış nümunəsinin İsveçdə əyani təqdimatı təkcə isveçlilər deyil, bu ölkədə fəaliyyət göstərən digər ölkələrin səfirləri, diaspor nümayəndələri tərəfindən də maraqla qarşılandı.

Bütün dünya ölkələrinin terorla təhdid olunduğu bir zamanda multikulturalizm və tolerantlıq kimi humanist dəyərlərin təbliği və bu şəkildə ölkələrarası təcrübə mübadiləsinin qurulmasının əhəmiyyətindən söhbət açardınız.

Dünyada sülh və sabitliyin davamlı olması, münaqişə ocaqlarında tez bir zamanda sülhə nail olunması, milliyətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün bəşəriyyətin əminamanlıq içəsirində yaşaması üçün səylər göstərən beynəlxalq təşkilatlar, dünyanın aparıcı güc dövlətləri də daima müsbət təcrübənin paylaşılmasının tərəfdarıdır və onlar hər zaman öz təvsiyyələrində bunu tərcih edirlər. Bu mənada hesab edirəm ki, tarixən özəlliyi və birgəyaşayışa müsbət təsiri ilə seçilən tolerantlığın Azərbaycan modelinin, həmçinin Azərbaycan multikulturalizminin davanlı şəkildə öyrənilməsi və dünyada təbliği özü-özlüyündə dünya insanını sülhə çağırışa bir tövhədir.

Bizlərin də İsveç krallığında mövcud olan tolerantlıq və multikultural dəyərləri bilməyimiz, belə bir təcrübənin də mövcudluğundan xəbərdar olmağımız çox vacibdir. Çünki Prezident İlham Əliyevin yaratmış olduğu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət istiqamətlərindən biri Azərbaycan multikulturalizminin elmi və praktik cəhətdən öyrənilməsi və təbliğidirsə, digəri dünyada mövcud olan multikultural model və təcrübəni öyrənməkdən ibarətdir.

Səfərin qısa müddətli olmasına baxmayaraq, İsveçdə keçirdiyiniz görüşlərdə Azərbaycana münasibətin necə olduğunu gördünüz. Azərbaycan İsveçdən necə görünür?

Sevindirici məqam ondan ibarətdir ki, son dövrlərdə ölkə başçısı cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət, dünya dövlətləri və beynəlxaql təşkilatlarla yüksək səviyyədə qurulan münasibətlər, dünyada sülhün təmin olunmasına, ətraf mühitin və dünya inciləri olan maddi-mədəniyyət abidələrinin qorunmasına ölkəmizin verdiyi tövhələr, Azərbaycanın təkcə neftlə zəngin ölkə deyil, həm də insanpərvərlik nümunəsi olan əhali resursu ilə zəngin olması kimi məqamlardan İsveçdə də xəbərdar idilər. Ölkələrimiz arasında müxtəlif müstəvilərdə olan qarşılıqlı mübadilə proqramları isveçli siyasət və hökumət adamlarında ölkəmizə böyük maraq yaradıb. Görüşlərdə iki ölkənin din xadimləri gələcəkdə bir-biri ilə əlaqələrinin gücləndirilməsini, xüsusilə, İsveç tərəfi dönə-dönə qeyd edirdi. Azərbaycan və onun bu gün Avropa ilə bölüşə biləcəyi multikultural mənəvi dəyərlərdən, Azərbaycan Prezidentinin Avropanın bu ağır dönəmində Fransaya gedib son terror hadisələri ilə bağlı şəxsən başsağlığı verməsindən ətraflı danışdılar. İsveçlilərin bu məsələlərə böyük hörmətlə yanaşmalarını qeyd edə bilərəm. Bu tipli konfrans və görüşlərin keçirilməsi, əminəm ki, Azərbaycanın İsveçdən daha da maraqlı görünməsinə səbəb olacaq.

Qarşılıqlı səfər və ya hansısa birgə tədbirlərin keçirilməsi gözlənilirmi?

Keçirilən görüşlərdə qarşılıqlı səfərlərin olması ilə bağlı da müzakirələr apardıq. Görüşlərin birində İsveçin Mədəniyyət və demokratiya nazirinin, din xadimlərinin növbəti görüş üçün Bakıya gəlmələri məsələsi qaldırıldı və bu, İsveç tərəfindən məmnunluqla qəbul edildi. Eyni zamanda, ölkəmizin İsveç Krallığındakı Səfirliyinin  köməkliyi ilə gələcəkdə də İsveçə bu kimi səfərlərin olması nəzərdə tutulur.

 Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir

Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir
Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti

 

скачать dle 10.4 UTF-8Forex для начинающих